8 avqust 2026. Şənbə

"Nyukasl" "Marsel"in yarımmüdafiəçisi ilə maraqlanır


  • Transfer
  • 23:59 07.08.2026
  • Oxunma sayı: 43
"Nyukasl" "Marsel"in yarımmüdafiəçisi ilə maraqlanır

İngiltərənin "Nyukasl" klubu Fransanın "Marsel" komandasında çıxış edən Pyer-Emil Höybyerqi transfer etməyi nəzərdən keçirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 31 yaşlı danimarkalı futbolçu təxminən 17 milyon avro dəyərində qiymətləndirilir və "Nyukasl"ın yarımmüdafiə xəttini gücləndirmək üçün namizədlərdən biridir.

Komandanın təcrübəli orta sahə oyunçusuna ehtiyacı Bruno Gimarayşın gözlənilən şəkildə "Arsenal"a keçidi ilə bağlı yaranıb.

Höybyerq İngiltərə futboluna yaxşı bələddir. O, daha əvvəl Premyer Liqada "Tottenhem" və "Sauthempton" klublarının formasını geyinib.

Danimarkalı futbolçu ötən mövsüm "Marsel"in heyətində Fransa çempionatında 32 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.







Transfer