8 avqust 2026. Şənbə

Bruno Qimaraynşin “Arsenal”a keçidi rəsmiləşdi


  • Transfer
  • 16:29 08.08.2026
  • Oxunma sayı: 51
Bruno Qimaraynşin “Arsenal”a keçidi rəsmiləşdi

İngiltərə Premyer Liqasının son çempionu “Arsenal” heyətini “Nyukasl Yunayted”in braziliyalı yarımmüdafiəçisi Bruno Qimaraynşlə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı futbolçunun transferi rəsmiləşib. Klub braziliyalı yarımmüdafiəçinin “Nyukasl Yunayted”dən uzunmüddətli müqavilə əsasında komandaya qoşulduğunu açıqlayıb.

İngiltərə mətbuatının yaydığı məlumata görə, “Arsenal” Bruno Qimaraynş üçün “Nyukasl Yunayted”ə 75 milyon funt-sterlinq (təxminən 87,5 milyon avro) ödəyəcək. Tərəflər arasında 4+1 illik müqavilə imzalanıb.

Braziliya millisinin də üzvü olan futbolçu son olaraq 2026-cı ildə keçirilən FIFA Dünya Çempionatında ölkəsinin formasını geyinib.

 







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir