8 avqust 2026. Şənbə

Ferran Torres PSJ-yə keçir


  • Transfer
  • 16:48 08.08.2026
  • Oxunma sayı: 38
Ferran Torres PSJ-yə keçir

“Barselona”nın hücumçusu Ferran Torres PSJ-yə keçəcək.

90deqiqe.Az-ın “Marca" nəşrinə istinadən məlumatına görə, Fransa klubu 26 yaşlı futbolçunun transferi üçün təxminən 50 milyon avro ödəyəcək. Torreslə artıq 4 illik müqavilənin şərtləri razılaşdırılıb.

Məlumata əsasən, yalnız böyük bir sürpriz baş verəcəyi təqdirdə transfer baş tutmaya bilər. Tərəflər arasında danışıqlar bir neçə gün davam edib. Müzakirələri “Barselona”nın idman direktoru Deko və PSJ-nin idman direktoru Luis Kampos aparıblar. Onların şəxsi həyatda da yaxın dost olduqları bildirilir.

Klublar transferi avqustun 12-dək rəsmiləşdirməyi planlaşdırırlar. Həmin gün İspaniya millisinin dünya çempionatında iştirak etmiş futbolçuları “Barselona”nın məşqlərinə qayıdacaqlar.

Ferran Torres 2022-ci ilin yanvarından “Barselona”nın formasını geyinir. O, Kataloniya klubuna “Mançester Siti”dən transfer olunub. Torres “Barselona” ilə İspaniya daxilində 7 titul qazanıb.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir