8 avqust 2026. Şənbə

“Atletiko”nun müdafiəçisi İngiltərə klubuna keçir


  • Transfer
  • 17:01 08.08.2026
  • Oxunma sayı: 37
“Atletiko”nun müdafiəçisi İngiltərə klubuna keçir

Madrid “Atletiko”sunun müdafiəçisi Matteo Ruggeri karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, “Aston Villa” italiyalı futbolçunun transferi ilə bağlı Madrid klubu ilə razılığa gəlib.

Transferin məbləği 20 milyon avro təşkil edəcək. Sol cinah müdafiəçisi artıq Birmingem təmsilçisinə keçməyə razılıq verib. Hazırda “Aston Villa”nın nümayəndələri ilə Ruggeri arasında şəxsi müqavilənin şərtləri müzakirə olunur.

Transferin rəsmiləşməsi üçün tərəflərin razılaşdırmalı olduğu bir neçə detalın qaldığı bildirilir.

Qeyd edək ki, Matteo Ruggeri 2025-ci ilin yayından “Atletiko”nun formasını geyinir. O, Madrid klubuna “Atalanta”dan transfer olunub.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir