8 avqust 2026. Şənbə

“Fənərbağça” Lukaku üçün “Napoli” ilə danışıqları davam etdirir


  • Transfer
  • 17:02 08.08.2026
  • Oxunma sayı: 55
“Fənərbağça” Lukaku üçün “Napoli” ilə danışıqları davam etdirir

“Fənərbağça” “Napoli”nin belçikalı hücumçusu Romelu Lukakunun transferi ilə bağlı danışıqları davam etdirir.

90deqiqe.Az-ın “Hürriyet"ə istinadən məlumatına görə, İstanbul təmsilçisi 33 yaşlı futbolçunun nümayəndəsi ilə keçidlə bağlı şifahi razılığa gəlib.

Növbəti mərhələdə “Fənərbağça” transferin məbləği ilə bağlı “Napoli” ilə razılaşmalıdır. Neapol klubu Lukaku üçün 12 milyon avro tələb edir. Türkiyə təmsilçisi isə hücumçuya görə 6-7 milyon avrodan artıq ödəmək niyyətində deyil.

Qeyd olunur ki, Lukakunun satışından əldə ediləcək məbləğin 40 faizi “Çelsi”yə çatacaq.

Klublar arasında danışıqlar davam edir. “Napoli” rəhbərliyi transferin müsbət nəticələnəcəyinə inanır və Lukaku ilə cari həftəsonunun sonunadək yolları ayırmağı planlaşdırır.

Romelu Lukaku son iki mövsümdə “Napoli”nin formasını geyinib. Bu müddətdə belçikalı hücumçu 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir