8 avqust 2026. Şənbə

“Liverpul” “Barselona”nın müdafiəçisini icarəyə götürür


  • Transfer
  • 17:09 08.08.2026
  • Oxunma sayı: 45
“Liverpul” “Barselona”nın müdafiəçisini icarəyə götürür

“Barselona”nın müdafiəçisi Ronaldo Arauxo karyerasını “Liverpul”da davam etdirəcək.  

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, uruqvaylı futbolçu İngiltərə klubuna mövsümün sonunadək icarə əsasında keçəcək.  Tərəflər arasındakı razılaşmada mövsümün sonunda Arauxonun transfer hüquqlarının “Liverpul” tərəfindən alınması üçün 55 milyon avroluq satınalma opsiyası nəzərdə tutulub.

Məlumata əsasən, futbolçunun birdəfəlik transferi yalnız “Liverpul”un mövsümün sonunda verəcəyi qərardan asılı olacaq.

Bildirilir ki, İngiltərə Premyer Liqasındakı yüksək temp və intensiv mübarizə Arauxonun oyun üslubuna və güclü tərəflərinə uyğundur. Bu səbəbdən “Liverpul” 27 yaşlı müdafiəçi üçün uyğun seçim hesab olunur.

Qeyd edək ki, Arauxo ötən mövsüm La Liqada 24 oyunda iştirak edib, 3 qol vurub və 2 sarı vərəqə alıb. O, UEFA Çempionlar Liqasında isə 10 matç keçirib, 1 sarı və 1 qırmızı vərəqə ilə cəzalandırılıb.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir