- Transfer
- 21:36 08.08.2026
“Tottenhem”in yarımmüdafiəçisi Manor Solomon karyerasını “Vest Hem”də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, “Vest Hem” futbolçunun transferi ilə bağlı London klubu ilə razılığa gəlib.
Məlumata əsasən, London klubu Solomon üçün 5 milyon funt-sterlinq ödəyəcək. Müqavilədə əlavə olaraq 2 milyon funt-sterlinq bonus nəzərdə tutulub.
Futbolçu tibbi müayinədən keçmək üçün artıq icazə alıb. Müayinənin sabah keçirilməsi planlaşdırılır. Bundan sonra Solomon “Vest Hem”lə 3 illik müqavilə imzalayacaq.
Razılaşmada müqavilənin 2030-cu ilin yayına qədər uzadılması üçün seçim hüququnun da yer alacağı bildirilir.