8 avqust 2026. Şənbə

“Atletiko”nun futbolçusu “River Pleyt”ə keçir


  • Transfer
  • 21:05 08.08.2026
  • Oxunma sayı: 48
“Atletiko”nun futbolçusu “River Pleyt”ə keçir

“River Pleyt” Madrid “Atletiko”su ilə Tyaqo Almadanın transferi barədə razılığa gəlib.

90deqiqe.Az  klubun rəsmi saytına istinadla xəbər verir ki, 25 yaşlı futbolçu yaxın saatlarda komandaya qoşulmaq üçün Argentinaya yollanacaq.

Transferin maliyyə detalları açıqlanmayıb. Lakin daha əvvəl yayılan məlumatlara əsasən, Almadanın keçidi “River Pleyt”ə 22 milyon avroya başa gələ bilər.

Qeyd edək ki, argentinalı hücumçu ötən mövsüm İspaniya çempionatında 27 matçda meydana çıxıb. O, bu görüşlərdə 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Almada 2026-cı ildə keçirilən dünya çempionatında Argentina millisinin heyətində yer alıb və komandası ilə mundialın gümüş medalını qazanıb.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir