- Transfer
- 21:36 08.08.2026
“Atletiko”nun hücumçusu Xulian Alvares Madrid klubunun rəhbərliyini “Barselona”ya keçməsinə icazə verməyə razı salmaq niyyətindədir.
90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, argentinalı futbolçu “Atletiko”dan ayrılmaq istədiyini ictimai şəkildə açıqlamayacaq. O, komandanın düşərgəsinə qayıtdıqdan sonra əvvəlcə baş məşqçi Dieqo Simeone, daha sonra isə klub rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Alvares danışıqlar zamanı “Atletiko”dan ayrılmaq istədiyini və karyerasını davam etdirmək üçün yalnız “Barselona”nı nəzərdən keçirdiyini bildirəcək.
Madrid klubu isə əsas futbolçularından biri ilə yolları ayırmaq niyyətində deyil. Bununla belə, “Barselona” transferin maliyyə şərtlərini yaxşılaşdırmağa hazırdır.
Qeyd olunur ki, Kataloniya təmsilçisi daha əvvəl argentinalı hücumçu üçün 100 milyon avro təklif edib. İndi isə “Barselona”nın 120 milyon avroluq yeni təklif hazırladığı bildirilir.