- Transfer
- 21:36 08.08.2026
“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Serji Roberto karyerasını MLS-də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu “Los-Anceles Qalaksi” ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalayıb. Razılaşmada müqavilənin daha bir mövsüm uzadılması üçün bənd də yer alıb.
Roberto ABŞ klubuna azad agent kimi qoşulacaq. O, son iki mövsümü İtaliyanın “Komo” klubunda keçirib. İspaniyalı futbolçu 2025/26 mövsümündə Sesk Fabreqasın rəhbərlik etdiyi komandanın tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına kömək edib. Roberto “Komo”nun heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Karyerasının böyük hissəsini “Barselona”da keçirən Roberto klubun akademiyasının yetirməsidir. O, əsas komandada 2010-cu ildə debüt edib və Kataloniya təmsilçisinin heyətində 373 matçda 19 qol vurub. 2023/24 mövsümündə isə “Barselona”nın kapitanı olub.
Roberto “Barselona” ilə 7 dəfə İspaniya çempionu olub, 6 dəfə ölkə kubokunu və 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.
İspaniya millisində 11 oyun keçirən Roberto 1 qola imza atıb.