- Transfer
- 22:20 09.08.2026
İtaliyanın “Roma” klubu “Portu”nun 19 yaşlı hücumameyilli yarımmüdafiəçisi Rodriqo Moranın transferi üzərində çalışır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Alfredo Pedulla məlumat yayıb.
Roma təmsilçisi “Qalatasaray”la “Portu” arasında danışıqlarda yaranan fasilədən yararlanaraq portuqaliyalı futbolçu üçün 45 milyon avro və bonuslar təklif etməyi planlaşdırır.
“Portu”nun isə Moranı müqaviləsində göstərilən təzminat məbləğindən daha aşağı qiymətə satma variantını nəzərdən keçirməyə hazır olduğu bildirilir. Futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği təxminən 70 milyon avrodur.
Tərəflər arasında yaxın saatlarda danışıqların keçirilməsi planlaşdırılır. “Roma” rəhbərliyi transfer məsələsində bu gün irəliləyiş əldə etməyə ümid edir.
Qeyd edək ki, İtaliya klubu eyni zamanda Madrid “Real”ının hücumçusu Endrikin vəziyyətini də izləyir. “Roma” braziliyalının mümkün icarəsi ilə bağlı Madrid klubunun qərarını gözləyir.