- Transfer
- 22:20 09.08.2026
Serbiyalı hücumçu Duşan Vlahoviç Türkiyənin “Beşiktaş” klubunun mövsümə 10 milyon avro maaş təklifini dinləməyə hazırdır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football Italia” məlumat yayıb.
İyunun 30-dan etibarən azad agent statusunda olan 25 yaşlı forvardın “Yuventus”la müqaviləsinin müddəti başa çatıb. Vlahoviç əvvəlcə İtaliya A Seriyası, İngiltərə Premyer Liqası və İspaniya La Liqasının aparıcı klublarından təklif gözləyib. Lakin bu liqalardan ciddi maraq göstərən klub olmayıb.
Serbiyalı futbolçunun maaşının azaldılması şərti ilə “Yuventus”a qayıtmaq variantı da gündəmdə olub. Lakin Turin təmsilçisinin Randal Kolo-Muani və Kərim Alaybeyoğlu transferlərindən sonra bu ideyadan imtina etdiyi bildirilir.
“Beşiktaş” Vlahoviçə mövsümlük 10 milyon avro maaşla yanaşı, müqavilə imzalanması üçün böyük bonus və futbolçunun agentinə komissiya ödənişi təklif edir.
Türkiyə klubu serbiyalı hücumçudan gələn həftənin sonunadək cavab almağı gözləyir.
Danışıqlarda “Beşiktaş”ın baş məşqçisi Vinçentso İtalyanonun da mühüm rol oynaya biləcəyi qeyd olunur. İtalyan mütəxəssis daha əvvəl “Fiorentina”da Vlahoviçlə birlikdə çalışıb. Serbiyalı forvard məhz Florensiya klubunda karyerasının ən uğurlu dövrlərindən birini keçirib.