9 avqust 2026. Bazar günü

“Mançester Yunayted” “Lester”in futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 21:01 09.08.2026
  • Oxunma sayı: 39
“Mançester Yunayted” “Lester”in futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Mançester Yunayted” klubu “Lester”in 18 yaşlı yarımmüdafiəçisi Lui Peycin transferi ilə bağlı danışıqlar aparır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "BBC" məlumat yayıb.

Peyc İngiltərə Premyer Liqasından kənarda çıxış edən ən perspektivli gənc futbolçulardan biri hesab olunur. O, ötən mövsüm İngiltərə Futbol Liqasında ilin ən yaxşı gənc oyunçusu seçilib.

18 yaşlı yarımmüdafiəçi “Lester”in əsas komandasında 21 matç keçirib. Ötən mövsüm Çempionşipdə mübarizə aparan və nəticədə aşağı liqaya düşən komandanın heyətində 5 dəfə start heyətində yer alıb.

Peycə Premyer Liqanın digər klubları – “Arsenal” və “Aston Villa” da maraq göstərir. Futbolçunun bazar dəyəri təxminən 4 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, “Lester” daha əvvəl digər istedadlı futbolçusu, 17 yaşlı hücumçu Ceremi Monqanı da itirib. Gənc forvard “Mançester Siti”yə keçib.







Transfer