- Transfer
- 22:20 09.08.2026
Madrid “Atletiko”sunun müdafiəçisi Nauel Molina karyerasını İtaliyanın “Roma” klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Argentina millisinin üzvü “Roma” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər arasında anlaşmanın 4 il müddətinə nəzərdə tutulduğu bildirilir.
Transferlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Daha əvvəl mətbuatda 27 yaşlı futbolçunun “Roma”ya keçidinin paytaxt klubuna təxminən 18 milyon avroya başa gələcəyi barədə məlumat yayılmışdı.
Molina 2022-ci ilin yayından “Atletiko”nun formasını geyinir. İspaniya klubuna keçməzdən əvvəl İtaliya A Seriyasında çıxış edən müdafiəçi iki il “Udineze”nin şərəfini qoruyub.