- Transfer
- 22:20 09.08.2026
“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona”dakı icarə müddəti başa çatdıqdan sonra İngiltərə klubunda qala bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilir ki, Reşford bu gün “Mançester Yunayted”in Karrinqtondakı məşq bazasına gedib. Futbolçu ilə Türkiyə və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı qeyd olunur. Lakin 27 yaşlı hücumçu bu variantları nəzərdən keçirmir.
“Mançester Yunayted” də öz yetirməsinin qarşıdakı mövsümdə komandada qalmasına hazırdır. Klub rəhbərliyinin Reşfordu heyətdə saxlamaq variantını nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, Reşford ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. Kataloniya klubu icarə müddəti başa çatdıqdan sonra futbolçunun transfer hüquqlarını almaq qərarına gəlməyib.