9 avqust 2026. Bazar günü

“Arsenal” Subimendini 90 milyon avroya satmağa hazırdır


  • Transfer
  • 21:33 09.08.2026
  • Oxunma sayı: 32
“Arsenal” Subimendini 90 milyon avroya satmağa hazırdır

“Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi komandadan ayrıla bilər.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, London klubu yeni transfer Bruno Qimaraynşin heyətə qoşulmasından sonra ispaniyalı futbolçunun əsas heyətdə yerinin artıq təminatlı olmadığını düşünür. “Topçular” Subimendinin 90 milyon avro qarşılığında satışına razıdır.

İspaniyalı yarımmüdafiəçinin transferində “Real Madrid” maraqlıdır. Madrid klubu Subimendinin xidmətində bir il əvvəl də maraqlı olub. “Real”ın “Mançester Siti”dən Rodri transferini reallaşdıra bilməməsindən sonra yenidən Sübimendinin namizədliyinə qayıda biləcəyi bildirilir.

Futbolçuya iddialı klublardan biri də “Çelsi”dir. London təmsilçisinin baş məşqçisi Xabi Alonso Sübimendi ilə yenidən işləməkdə maraqlıdır. İspaniyalı mütəxəssis vaxtilə “Real Sosyedad”ın sistemində futbolçu ilə birlikdə çalışıb.

Qeyd edək ki, Subimendi ötən yay “Arsenal”a transfer olunub. O, geridə qalan mövsümdə London klubunun heyətində 57 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer