9 avqust 2026. Bazar günü

Romelu Lukaku “Fənərbağça”ya keçməyə yaxındır


  • Transfer
  • 21:38 09.08.2026
  • Oxunma sayı: 38
Romelu Lukaku “Fənərbağça”ya keçməyə yaxındır

“Napoli”nin hücumçusu Romelu Lukakunun Türkiyənin “Fənərbağça” klubuna transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O İstanbul təmsilçisinin belçikalı forvardla şəxsi müqavilənin şərtlərini artıq razılaşdırdığını və indi klublar arasında transferin yekun detalları üzrə razılıq əldə olunması gözlənildiyini qeyd edib.

“Fənərbağça” daha əvvəl Lukaku üçün “Napoli”yə 6 milyon avro təklif edib. Lakin İtaliya klubu bu məbləği qəbul etməyib. İstanbul təmsilçisi transferdən vaz keçməyib və neapollulara yeni təklif hazırlayır.

Qeyd edək ki, Lukaku 2024-cü ildən “Napoli”nin formasını geyinir. Belçikalı hücumçu Neapol klubunda keçirdiyi 45 matçda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer