9 avqust 2026. Bazar günü

“Kristal Pelas” İsrail millisinin futbolçusunu transfer edir


  • Transfer
  • 21:49 09.08.2026
  • Oxunma sayı: 21
“Kristal Pelas” İsrail millisinin futbolçusunu transfer edir

İsrailli vinger Anan Xalailinin Belçikanın “Yunion Sent-Jilloz” klubundan İngiltərənin “Kristal Pelas” komandasına keçidi rəsmiləşməyə yaxındır.

90deqiqe.Az-ın “Sport5"ə istinadən məlumatına görə, İngiltərə klubu transferin şərtləri ilə bağlı Belçika təmsilçisi ilə razılığa gəlib. Xalaili də şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

21 yaşlı futbolçu bu yay İtaliyanın “İnter” klubuna keçməyə yaxın olub. Milan təmsilçisi onun üçün 25 milyon avro ödəməyə hazır idi. Lakin Xalaili tibbi müayinədən keçə bilmədiyi üçün transfer baş tutmayıb.

İsrailli vingerin yaxın günlərdə “Kristal Pelas”ın futbolçusu kimi təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Xalaili ötən mövsüm “Yunion Sent-Jilloz”un heyətində 52 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Kristal Pelas” ötən mövsüm İngiltərə Premyer Liqasını 15-ci pillədə başa vurub və UEFA Konfrans Liqasının qalibi olub. London klubu yeni mövsümdə UEFA Avropa Liqasında mübarizə aparacaq.







Transfer