- Transfer
- 22:29 09.08.2026
“Brentford”un braziliyalı hücumçusu İqor Tyaqo Avropanın bir sıra nəhəng klublarının diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem” 25 yaşlı forvardın transferi ilə bağlı vasitəçilər üzərindən maraq göstəriblər. Almaniyanın “Bavariya” klubu da futbolçunun vəziyyətini izləyir.
Bununla belə, “Brentford” bu yay Tyaqo ilə bağlı təklifləri nəzərdən keçirmək niyyətində deyil. Braziliyalı hücumçunun özü də klubunu dəyişmək istəmir.
Qeyd edək ki, Tyaqo ötən mövsüm İngiltərə Premyer Liqasının ən məhsuldar futbolçularından biri olub. O, çempionatda 22 qol vuraraq bombardirlər siyahısında ikinci pilləni tutub. Braziliyalı yalnız 27 qolla zirvədə qərarlaşan Erlinq Holandan geri qalıb.
Transfermarkt portalı 25 yaşlı futbolçunun bazar dəyərini 65 milyon avro qiymətləndirir.