- Transfer
- 22:29 09.08.2026
Fransa millisinin müdafiəçisi Luka Din PSJ-nin futbolçusu olub.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2029-cu il iyunun 30-dək müqavilə imzalanıb.
“Transfermarkt”ın məlumatına görə, PSJ onun transferi üçün İngiltərənin “Aston Villa” klubuna 7 milyon avro ödəyib. Razılaşmaya əsasən, Birmingem təmsilçisi müxtəlif bonuslar şəklində daha 3 milyon avro əldə edə bilər.
Qeyd edək ki, Luka Dinin hazırkı bazar dəyəri 6 milyon avro qiymətləndirilir.
Müdafiəçi 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində 6 oyun keçirib və bu matçlarda məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Xatırladaq ki, Fransa millisi mundialda yarımfinala qədər irəliləsə də, ardıcıl iki məğlubiyyətlə üzləşib və turniri dördüncü pillədə başa vurub.