9 avqust 2026. Bazar günü

“Real”ın futbolçusu İngiltərəyə getməkdən imtina etdi


  • Transfer
  • 22:10 09.08.2026
  • Oxunma sayı: 39
“Real”ın futbolçusu İngiltərəyə getməkdən imtina etdi

“Real”ın yarımmüdafiəçisi Tyaqo Pitarç karyerasını İngiltərədə davam etdirə bilərdi.

90deqiqe.Az-ın “Diario AS"a istinadən məlumatına görə, 19 yaşlı futbolçu İspaniya klubunda qalmağa qərar verib.

Gənc futbolçuya İngiltərə Premyer Liqası təmsilçisi “Fulhem” ciddi maraq göstərib. London klubunun baş məşqçisi və bu yaxınlarda komandanın sükanı arxasına keçən Alvaro Arbeloa Pitarçı “Real” və “Kastilya”dan yaxşı tanıdığı üçün onu öz komandasında görmək istəyib.

Lakin Pitarç “Fulhem”ə keçmək təklifini qəbul etməyib.

Futbolçunun bu qərarında əsas amillərdən biri Joze Mourinyonun ona göstərdiyi etimaddır. Bildirilir ki, portuqaliyalı mütəxəssis “Real”da baş məşqçi vəzifəsinə təyin olunmazdan əvvəl də gənc ispaniyalı yarımmüdafiəçi barədə müsbət fikirlər eşidib.

Mourinyo hazırda Pitarçı əsas komandada oynatmaq niyyətindədir və onun potensialına inanır.

Qeyd edək ki, Tyaqo Pitarç zədə səbəbindən “Real”ın mövsümöncəsi hazırlığında iştirak edə bilmir. Buna baxmayaraq, bu vəziyyət Mourinyonun gənc futbolçu ilə bağlı planlarını dəyişməyib.







Transfer