- Transfer
- 23:34 09.08.2026
İngiltərənin “Nyukasl” klubu Almaniya nəhəngi “Bavariya”nın yarımmüdafiəçisi Joau Palinyanı transfer etmək imkanını nəzərdən keçirir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Daily Mail” məlumat yayıb.
Hazırda “Nyukasl”ın “Marsel”dən Pyer-Emil Höybyerqi transfer etməyə yaxın olduğu bildirilir. Komandanın baş məşqçisi Matias Yayssle danimarkalı futbolçunu yarımmüdafiənin mərkəzində oyunu təşkil edə biləcək və gənc futbolçulara kömək edəcək təcrübəli oyunçu kimi görür.
Lakin Höybyerqlə bağlı danışıqlar hələ yekunlaşmadığından “sağsağanlar” alternativ variantları da nəzərdən keçirməyə başlayıblar. Bu futbolçular arasında Joau Palinya da var.
31 yaşlı portuqaliyalı ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib. O, London klubunun heyətində 42 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Palinyaya digər İngiltərə klubu “Aston Villa”nın da maraq göstərdiyi bildirilir.