- Transfer
- 00:35 10.08.2026
Paolo Maldininin oğlu Daniel Maldini karyerasını İtaliyanın “Kalyari” klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, A Seriyası təmsilçisi 24 yaşlı futbolçunun transferini rəsmiləşdirib.
İtaliya millisinin də formasını geyinmiş Daniel Maldini daha əvvəl “Milan”, “Latsio”, “Spetsiya”, “Empoli” və “Atalanta” kimi klublarda çıxış edib. Lakin o, bu komandalardan heç birində uzun müddət qala bilməyib.
Maldini son olaraq “Atalanta”nın formasını geyinib. O, ötən mövsüm Bergamo təmsilçisinin heyətində 22 matçda meydana çıxıb və 3 qol vurub.
Qeyd edək ki, İtaliya A Seriyasında yeni mövsüm avqustun 22-də başlayacaq.