10 avqust 2026. Bazar ertəsi

“Barselona” Rodri transferini tamamlamağa yaxındır


  • Transfer
  • 23:48 09.08.2026
  • Oxunma sayı: 24
“Barselona” Rodri transferini tamamlamağa yaxındır

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferini rəsmiləşdirməyə çox yaxındır.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, klublar arasında danışıqlar yekun mərhələyə qədəm qoyub.

Kataloniya təmsilçisi daha əvvəl 30 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini tam razılaşdırıb. Hazırda tərəflər transferin məbləği ilə bağlı razılığa gəlməyə yaxındırlar.

Bildirilir ki, sövdələşmənin sabit ödəniş və bonuslardan ibarət olması gözlənilir. Klublar sənədlərin mübadiləsinə keçməzdən əvvəl yalnız son detalları razılaşdırmalıdırlar.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Rodrinin artıq bu həftə komandanın düşərgəsinə qoşulacağına ümid edir.







Transfer