10 avqust 2026. Bazar ertəsi

“Sevilya” İsveç çempionatının bombardirini transfer edir


  • Transfer
  • 00:35 10.08.2026
  • Oxunma sayı: 40
“Sevilya” İsveç çempionatının bombardirini transfer edir

İspaniyanın “Sevilya” klubu İsveçin “Sirius” komandasında çıxış edən hücumçu Robbi Ure ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, 22 yaşlı şotlandiyalı futbolçu İspaniya klubu ilə 5 illik müqavilə imzalayacaq.

Ure bu mövsüm İsveç çempionatında möhtəşəm performans nümayiş etdirir. O, keçirdiyi 20 oyunda 20 qol vurub. Maraqlıdır ki, tarixinin böyük hissəsini aşağı liqalarda keçirən “Sirius” hazırda İsveç çempionatının turnir cədvəlinə başçılıq edir.

Bildirilir ki, Ure bazar ertəsi və ya çərşənbə axşamı Sevilyaya yollanacaq. Futbolçu burada tibbi müayinədən keçdikdən sonra transferin rəsmiləşdirilməsi üçün tələb olunan prosedurları tamamlayacaq.

Transferin ilkin məbləğinin ən azı 6,5 milyon avro olacağı gözlənilir. Bonuslar nəzərə alınmaqla sövdələşmənin ümumi dəyəri 9,2 milyon avroya qədər yüksələ bilər.







Transfer