- Transfer
- 20:16 10.08.2026
Türkiyənin “Trabzonspor” klubu heyətini daha bir məşhur futbolçu ilə gücləndirməyə hazırlaşır.
90deqiqe.Az "BEİN Sports"a istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən uruqvaylı hücumçu Darvin Nunyeslə razılığa gəlib.
28 yaşlı forvardın avqustun 12-də Türkiyəyə gələcəyi və “Trabzonspor”la 1 illik icarə müqaviləsi imzalayacağı bildirilir.
Darvin Nunyes karyerası ərzində Portuqaliyanın “Benfika” və İngiltərənin “Liverpul” kimi klublarında çıxış edib.
Qeyd edək ki, “Trabzonspor” bir neçə gün əvvəl daha bir dünya ulduzunu – misirli hücumçu Məhəmməd Salahı heyətinə qatıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.