- Transfer
- 20:35 10.08.2026
“Real Madrid”in hücumçusu Endrik yay transfer pəncərəsi bağlanana qədər komandanı tərk edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, 19 yaşlı braziliyalı futbolçunun xidmətində “Aston Villa” maraqlıdır.
Birmingem təmsilçisi 2026/2027 mövsümündə İngiltərəni UEFA Çempionlar Liqasında təmsil edəcək. Klub bu səbəbdən heyətini gücləndirməyi planlaşdırır.
Endriklə İtaliyanın “Roma”klubu da maraqlanır. İtaliya klubu da qarşıdakı mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.
Jurnalist qeyd edib ki, hazırda həm Endrik, həm də “Real Madrid” futbolçunun yeni icarə əsasında başqa kluba keçməsi variantına müsbət yanaşır.
Qeyd edək ki, Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın “Lion” klubunda keçirib.