10 avqust 2026. Bazar ertəsi

“Vest Hem” Ceymi Vardini transfer etmək istəyir


  • Transfer
  • 19:45 10.08.2026
  • Oxunma sayı: 35
“Vest Hem” Ceymi Vardini transfer etmək istəyir

İngiltərənin “Vest Hem” klubu “Lester”in sabiq hücumçusu Ceymi Vardini heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Onun sözlərinə görə, London təmsilçisi artıq 39 yaşlı forvardın transfer üçün əlçatan olub-olmadığı ilə bağlı sorğu göndərib.

Bununla yanaşı, Vardiyə daha bir neçə klubun maraq göstərdiyi bildirilir. İngiltərə millisinin sabiq futbolçusu isə gələcəyi ilə bağlı qərar verməyə tələsmir.

Hazırda 39 yaşlı hücumçu klubsuzdur. O, son olaraq İtaliyanın “Kremoneze” komandasında çıxış edib. Vardi 2025/26 mövsümündə A Seriyasında 29 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Vardi karyerasının böyük hissəsini “Lester”də keçirib. O, klubun heyətində 500 matçda 200 qol və 71 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer