10 avqust 2026. Bazar ertəsi

PSJ Ferran Torres üçün “Barselona”ya rəsmi təklif göndərdi


  • Transfer
  • 20:00 10.08.2026
  • Oxunma sayı: 39
PSJ Ferran Torres üçün “Barselona”ya rəsmi təklif göndərdi

PSJ “Barselona”nın hücumçusu Ferran Torresin transferi ilə bağlı Kataloniya klubuna rəsmi təklif göndərib.

90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçisi 26 yaşlı ispaniyalı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Hazırda klublar arasında danışıqların son mərhələsi gedir. Tərəflər şifahi razılığa gəlmək üçün müzakirələri davam etdirirlər.

PSJ-də Torresin 50 milyon avroya transferini sərfəli anlaşma hesab edirlər. Buna səbəb futbolçunun “Barselona” ilə müqaviləsinin müddətinin gələn il başa çatmasıdır. Daha uzunmüddətli müqaviləsi olsaydı, hücumçunun transfer qiymətinin 70-80 milyon avro civarında ola biləcəyi bildirilir.

Qeyd edək ki, daha əvvəl PSJ-nin Torreslə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumat yayılmışdı. “Barselona”nın isə futbolçunun satışından 65 milyon avro gəlir əldə etmək istədiyi bildirilirdi.







Transfer