10 avqust 2026. Bazar ertəsi

“Qalatasaray” Rafael Leao üçün təklifini artırdı


  • Transfer
  • 20:10 10.08.2026
  • Oxunma sayı: 25
“Qalatasaray” Rafael Leao üçün təklifini artırdı

Türkiyənin “Qalatasaray” klubu İtaliyanın “Milan” komandasında çıxış edən Rafael Leao ilə bağlı transfer cəhdlərini davam etdirir.

90deqiqe.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalı hücumçunun transferi üçün “Milan”a 40 milyon avro təklif edib. Lakin “rossoneri” bu təklifi də qəbul etməyib və 27 yaşlı futbolçunun keçidi üçün 50 milyon avro tələb etdiyini bildirib.

Jurnalist Yağız Sabuncuoğlunun sosial şəbəkələrdə yaydığı məlumata əsasən, “Qalatasaray” daha əvvəl Leao üçün 35 milyon avroluq təklif göndərib. “Milan” həmin təklifdən də imtina edib.

İstanbul klubunun portuqaliyalı ulduzu heyətinə qatmaqda israrlı olduğu bildirilir. “Qalatasaray”ın transferi reallaşdırmaq üçün təklifini daha da artıracağı gözlənilir.







Transfer