- Transfer
- 21:02 10.08.2026
“Mançester Siti”nin misirli hücumçusu Ömər Marmuş karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “CaughtOffside"yə istinadən məlumatına görə, “Nyukasl” 27 yaşlı forvardı əsas transfer hədəflərindən biri müəyyənləşdirib.
Bildirilir ki, “Nyukasl”ın bir neçə futbolçunun satışından əldə etdiyi gəlirdən sonra “Mançester Siti”nin Marmuş üçün tələb etdiyi 65 milyon avronu ödəməyə hazır olduğu qeyd edilir. Bununla belə, İngiltərə klubu hələlik misirli futbolçu ilə bağlı rəsmi təklif irəli sürməyib.
Marmuşa İspaniyanın “Barselona” və İngiltərənin “Tottenhem” klublarının da maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, Ömər Marmuş 2025/2026 mövsümündə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.