- Transfer
- 21:02 10.08.2026
“Bavariya”nın yarımmüdafiəçisi Joau Palinya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, “Aston Villa” 31 yaşlı portuqaliyalı futbolçunun transferini reallaşdırmaq üçün danışıqları sürətləndirib.
Bildirilib ki, Birmingem təmsilçisi Palinyanı heyətinə qatmaqla “Nyukasl”ı qabaqlamaq niyyətindədir. “Bavariya”nın isə futbolçuya yeni mövsüm üçün güvənmədiyini artıq çatdırdığı qeyd olunur.
“Aston Villa” portuqaliyalı yarımmüdafiəçini satınalma şərti ilə icarəyə götürmək istəyir. Lakin Münhen klubunun Palinyanı birdəfəlik transfer etməyə üstünlük verdiyi bildirilir.
Hazırda Joau Palinyanın “Aston Villa”ya keçmək ehtimalının “Nyukasl”a nisbətən daha yüksək olduğu vurğulanır.
Qeyd edək ki, portuqaliyalı futbolçu ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib. O, bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.