10 avqust 2026. Bazar ertəsi

“Monako”nun ulduz hücumçusu “Tottenhem”ə təklif olundu


  • Transfer
  • 20:21 10.08.2026
  • Oxunma sayı: 11
“Monako”nun ulduz hücumçusu “Tottenhem”ə təklif olundu

“Monako”nun hücumçusu Folarin Baloqun karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, 25 yaşlı amerikalı forvard “Tottenhem”ə təklif olunub.

Bildirilir ki, Baloqun karyerasında yeni çağırışa açıqdır. Bu səbəbdən onun nümayəndələri vasitəçilər vasitəsilə London klubuyla əlaqə saxlayaraq futbolçunun xidmətlərini təklif ediblər.

Lakin hazırda “Tottenhem”in Baloqunu transfer etmək ehtimalı aşağı qiymətləndirilir. London təmsilçisinin hücum xəttini gücləndirmək üçün namizədlər siyahısında digər futbolçuların da olduğu qeyd olunur.

Qeyd edək ki, Folarin Baloqun ötən mövsüm “Monako”nun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb. O, bu qarşılaşmalarda 19 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer