- Transfer
- 21:02 10.08.2026
“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enso Fernandes bu həftə məzuniyyətdən qayıdaraq London klubunun düşərgəsinə qoşulacaq.
90deqiqe.Az-ın “Football London”a istinadən məlumatına görə, “Çelsi”nin baş məşqçisi Xabi Alonso 25 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.
Fernandesə İngiltərənin digər nəhəngi “Mançester Siti”nin ciddi maraq göstərdiyi bildirilir. Buna baxmayaraq, argentinalı yarımmüdafiəçinin böyük ehtimalla “Çelsi”də qalacağı qeyd olunur.
Enso Fernandes ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 54 oyuna çıxıb. O, bu qarşılaşmalarda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Çelsi” yeni Premyer Liqa mövsümündə ilk rəsmi matçını avqustun 24-də “Fulhem”ə qarşı keçirəcək.