10 avqust 2026. Bazar ertəsi

“Benfika” “Çelsi”nin müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 20:31 10.08.2026
  • Oxunma sayı: 42
“Benfika” “Çelsi”nin müdafiəçisini transfer etmək istəyir

“Çelsi”nin mərkəz müdafiəçisi Tosin Adarabioyo karyerasını Portuqaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Correio da Manhã”ya istinadən məlumatına görə, “Benfika” 28 yaşlı futbolçunun transferində maraqlıdır. Lissabon təmsilçisinin baş məşqçisi Marku Silva müdafiəçinin keçidində şəxsən maraqlıdır.

Bildirilir ki, Marku Silva Adarabioyonu Londonun “Fulhem” klubunda çalışdığı dönəmdə də komandasında oynadıb.

Tosin Adarabioyo ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb və 2 qol vurub.

Qeyd edək ki, ingiltərəli müdafiəçinin “Çelsi” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 16 milyon avro qiymətləndirir.







Transfer