10 avqust 2026. Bazar ertəsi

“Barselona”nın futbolçusu məşqdə zədələndi


  • Transfer
  • 20:35 10.08.2026
  • Oxunma sayı: 41
“Barselona”nın futbolçusu məşqdə zədələndi

“Barselona”nın 20 yaşlı vingeri Runi Bardqci dizindən zədə alıb.

90deqiqe.Az-ın məlumatına görə, isveçli futbolçu məşq zamanı xəsarət alaraq meydanı ciddi ağrılarla tərk edib.

Bardqci-nin dizinin çarpaz bağlarını zədələdiyindən şübhələnilir. Diaqnoz təsdiqlənərsə, gənc futbolçunun ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, “Barselona” Bardqci-ni ötən yay heyətinə qatıb. O, Kataloniya klubunun heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Runi Bardqci-nin “Barselona” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







Transfer