- Transfer
- 21:02 10.08.2026
İngiltərə Premyer Liqasının iki klubu – “Kristal Pelas” və “Everton” futbolçu mübadiləsi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, tərəflər Brennen Conson və Duayt Maknili qarşılıqlı olaraq dəyişmək barədə razılaşıblar.
Beləliklə, sol cinah vingeri Duayt Maknil “Kristal Pelas”ın formasını geyinəcək. London klubu 26 yaşlı futbolçunu qış transfer dönəmində də heyətinə qatmağa çalışıb. Lakin sənədlərlə bağlı yaranan problem səbəbindən keçid baş tutmayıb.
Maknilin bazar dəyəri 18 milyon avro qiymətləndirilir. O, ötən mövsüm “Everton”un heyətində 22 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Brennen Conson isə “Everton”a keçəcək. Hücumun müxtəlif mövqelərində çıxış edə bilən uelsli futbolçu ötən ilin yanvarında “Tottenhem”dən “Kristal Pelas”a 40,5 milyon avroya transfer olunmuşdu.
Lakin Conson ötən mövsümün ikinci yarısında “Kristal Pelas”ın heyətində 26 oyuna çıxsa da, qol vura bilməyib.