10 avqust 2026. Bazar ertəsi

“Liverpul” Bredli Barkolanın transferinə bir addım da yaxınlaşdı


  • Transfer
  • 21:02 10.08.2026
  • Oxunma sayı: 30
“Liverpul” Bredli Barkolanın transferinə bir addım da yaxınlaşdı

PSJ-nin fransalı vingeri Bredli Barkolanın “Liverpul”a transferi istiqamətində mühüm irəliləyiş əldə olunub.

90deqiqe.Az-ın məlumatına görə, Mersisayd təmsilçisi 23 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Bununla belə, “Liverpul” hələ PSJ ilə transfer məbləği barədə razılığa gəlməyib. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

İngiltərə klubunun Barkolanın transferi üçün 100 milyon avrodan çox vəsait ödəyəcəyi gözlənilir.

Bredli Barkola 2025/2026 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 49 oyun keçirib. O, bu matçlarda 13 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Transfermarkt” portalı fransalı futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.







Transfer