10 avqust 2026. Bazar ertəsi

“Barselona”nın kapitanı “Liverpul”a keçdi


  • Transfer
  • 22:01 10.08.2026
  • Oxunma sayı: 48
“Barselona”nın kapitanı “Liverpul”a keçdi

“Barselona”nın müdafiəçisi Ronald Arauxo İngiltərənin “Liverpul” klubuna icarə əsasında keçib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, uruqvaylı futbolçu 2026/2027 mövsümünün sonunadək “Liverpul”un formasını geyinəcək. Transfer iş icazəsinin alınması və beynəlxalq razılaşmaların tamamlanması şərtilə rəsmiləşəcək.

Ronald Arauxo 2018-ci ildən “Barselona”nın strukturunda yer alır və hazırda Kataloniya klubunun əsas komandasının ilk kapitanıdır. O, “Barselona” ilə ölkə daxilində 8 titul qazanıb.

Uruqvaylı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb və 4 qol vurub.







Transfer