- Transfer
- 22:25 10.08.2026
İtaliyanın “İnter” klubu Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən Mussa Diabinin transferi ilə bağlı danışıqlarda çətinliklərlə üzləşib.
90deqiqe.Az-ın məlumatına görə, hazırda tərəflər keçidin reallaşması üçün vacib olan şərtlər barədə razılığa gələ bilməyiblər.
Mussa Diabi ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 31 oyuna çıxıb. Fransa millisinin üzvü bu qarşılaşmalarda 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
“İnter” Diabinin transferi baş tutmasa, alternativ variant kimi “Yuventus”un futbolçusu Niko Qonsalesin keçidini nəzərdən keçirir.
Bundan başqa, Milan təmsilçisinin “Tottenhem”in müdafiəçisi Ched Spensin transferi variantına da yenidən qayıtdığı bildirilir. İngiltərəli futbolçunun 30 milyon avro və əlavə 5 milyon avro bonus qarşılığında “Tottenhem”dən ayrılmasına icazə verilə bilər.