10 avqust 2026. Bazar ertəsi

Ronald Arauxo “Liverpul”a keçidindən danışdı


  • Transfer
  • 22:08 10.08.2026
  • Oxunma sayı: 38
Ronald Arauxo “Liverpul”a keçidindən danışdı

“Barselona”dan “Liverpul”a icarə əsasında keçən uruqvaylı müdafiəçi Ronald Arauxo transferi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu yeni komandasına keçidindən məmnun olduğunu bildirib:

“Bu böyük və zəngin tarixə malik klubda olduğum üçün çox şadam. Komanda yoldaşlarımla görüşmək və oynamağa başlamaq üçün səbirsizlənirəm. Çox motivasiyalıyam və qətiyyətliyəm. Düşünürəm ki, karyeramın bu mərhələsində mənim üçün ideal keçid oldu.

Məncə, bu addımı atmaq lazım idi. “Liverpul”un marağını eşidən kimi hər şey çox sürətlə baş verdi. Burada olduğum üçün çox xoşbəxtəm. Bu, doğru zamanda atılmış doğru addım idi”.

Qeyd edək ki, Arauxo 2026/2027 mövsümünün sonunadək İngiltərə klubunda çıxış edəcək.







Transfer