- Transfer
- 23:34 10.08.2026
“Barselona” “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvaresin transferinin çətinləşməsi fonunda alternativ variant müəyyənləşdirib.
90deqiqe.Az-ın “sport.es”ə istinadən məlumatına görə, Kataloniya klubunun “İnter”də çıxış edən Lautaro Martinesə marağı artır. “Barselona”nın yaxın günlərdə Alvarez transferi ilə bağlı irəliləyiş əldə olunmasa, argentinalı forvardı “B” planı kimi nəzərdən keçirəcəyi bildirilir.
Bununla belə, Lautaro Martinesin transferinin də asan başa gəlməyəcəyi qeyd olunur. 28 yaşlı futbolçunun “İnter”lə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
Martines ötən ilin mayında verdiyi açıqlamada “İnter”dən ayrılmaq ehtimalını istisna edib. Milan klubunun prezidenti Cüzeppe Marotta da daha əvvəl “Barselona” ilə Lautaronun transferi ilə bağlı hər hansı danışıqların aparıldığını qəti şəkildə təkzib edib.
Məlumata görə, “İnter” argentinalı hücumçunun transferinə təxminən 120 milyon avro qarşılığında razılıq verə bilər.