11 avqust 2026. Çərşənbə axşamı

“Fənərbağça” Lukaku üçün “Napoli”yə yeni təklif göndərdi


  • Transfer
  • 23:30 10.08.2026
  • Oxunma sayı: 35
“Fənərbağça” Lukaku üçün “Napoli”yə yeni təklif göndərdi

Türkiyənin “Fənərbağça” klubu “Napoli”nin belçikalı hücumçusu Romelu Lukakunun transferi ilə bağlı yeni rəsmi təklif göndərib.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 32 yaşlı forvard üçün 6 milyon avrodan çox məbləğ təklif edib.

Tərəflər daha əvvəl də danışıqlar aparıblar. Lakin “Fənərbağça”nın ilk təklifi “Napoli” tərəfindən rədd edilib. Bununla belə, Lukaku artıq Türkiyə klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Hazırda “Fənərbağça” “Napoli” ilə danışıqları davam etdirir. Tərəflərin razılığa əvvəlkindən daha yaxın olduğu bildirilir.

Qeyd edək ki, Lukaku 2024-cü ildən “Napoli”nin formasını geyinir. Belçikalı futbolçu Neapol klubunun heyətində keçirdiyi 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer