11 avqust 2026. Çərşənbə axşamı

“Real Madrid” Endriki icarəyə verməkdən imtina etdi


  • Transfer
  • 23:34 10.08.2026
  • Oxunma sayı: 37
“Real Madrid” Endriki icarəyə verməkdən imtina etdi

“Real Madrid”in braziliyalı hücumçusu Endrik bu yay klubdan ayrılmayacaq.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, son günlər 19 yaşlı futbolçunun icarəyə göndərilməsi gündəmdə olub. Onun xidmətində “Roma” və “Aston Villa” klubları maraqlı olub və hər iki klub həm futbolçu, həm də “Real Madrid”lə danışıqlarda müəyyən irəliləyiş əldə edib.

Lakin Madrid təmsilçisi Endrikin mümkün icarə keçidini dayandırmaq qərarına gəlib.

Baş məşqçi Joze Mourinyo braziliyalı hücumçuya güvənir və onun yeni mövsümdə komanda üçün mühüm rol oynaya biləcəyini düşünür. Mütəxəssisin qərarına futbolçunun mövsümöncəsi hazırlıq çərçivəsində nümayiş etdirdiyi oyun da təsir edib.

Endrikin özü də “Real Madrid”də əsas heyətdə yer uğrunda mübarizə aparmağa hazırdır.







Transfer