- Transfer
- 23:46 10.08.2026
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferini yaxın vaxtlarda yekunlaşdırmağa ümid edir.
90deqiqe.Az-ın məlumatına görə, klublar arasında danışıqlar artıq son mərhələyə yaxınlaşıb. Tərəflər bu gün ispaniyalı futbolçunun mümkün keçidi ilə bağlı müsbət danışıqlar aparıblar.
Hazırda ümumi məbləği 65 milyon avrodan çox olan transfer üzərində müzakirələr davam edir. Kataloniya klubunun Rodri ilə bağlı razılaşmanı yaxın saatlarda və ya günlərdə rəsmiləşdirmək niyyətində olduğu bildirilir.
Daha əvvəl yayılan məlumatlara görə, ispaniyalı yarımmüdafiəçi karyerasını məhz “Barselona”da davam etdirməkdə maraqlıdır. Həmçinin Rodrinin Kataloniya təmsilçisi ilə şəxsi müqaviləsinin şərtləri barədə artıq razılığa gəldiyi bildirilib.