12 avqust 2026. Çərşənbə

Aleksis Sançes karyerasını MLS-də davam etdirəcək


  • Transfer
  • 11:32 11.08.2026
  • Oxunma sayı: 28
Aleksis Sançes karyerasını MLS-də davam etdirəcək

Çilili ulduz futbolçu Aleksis Sançes karyerasını ABŞ-da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 37 yaşlı hücumçu MLS təmsilçisi “Monreal”la müqavilə imzalayıb. Tərəflər arasında ikiillik sözləşmə imzalanıb. Sançes yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, təcrübəli forvard ötən mövsüm İspaniyanın “Sevilya” klubunun formasını geyinib.

Aleksis Sançes peşəkar karyerası ərzində “Kobreloa”, “Kolo-Kolo” (Çili), “Udineze”, “İnter” (İtaliya), “Barselona”, “Sevilya” (İspaniya), “Arsenal”, “Mançester Yunayted” (İngiltərə) və “Marsel” (Fransa) kimi klublarda çıxış edib.







Transfer