- Transfer
- 23:52 11.08.2026
İngiltərənin “Çelsi” klubunun qapıçısı Filip Yorgensen karyerasını Fransada davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, danimarkalı qolkiper mövsümün sonunadək Liqa 1-də çıxış edən “Strasburq” klubuna icarəyə verilib.
Qeyd edək ki, “Strasburq”un sahibi “Çelsi”nin də daxil olduğu “BlueCo” konsorsiumudur.
24 yaşlı Filip Yorgensen 2024-cü ildən “Çelsi”nin formasını geyinir. O, ötən mövsüm London klubunun heyətində 12 matçda meydana çıxıb və qapısında 17 qol görüb. Qolkiper həmin qarşılaşmaların ikisində qapısını toxunulmaz saxlayıb.