- Transfer
- 23:52 11.08.2026
“Arsenal”ın gənc müdafiəçisi Maylz Luis-Skelli klubdan ayrılmağı düşünmür.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” məlumat yayıb.
19 yaşlı futbolçu çıxışları ilə digər klubların diqqətini cəlb etsə də, “Arsenal”da özünü xoşbəxt hiss edir və transfer variantları axtarmır.
Luis-Skelli qarşıdakı mövsümdə Mikel Artetanın komandasında möhkəmlənmək və müntəzəm olaraq oyun praktikasına sahib olmaq niyyətindədir.
Müdafiəçi “Arsenal”ın əsas komandasında 75 oyun keçirib, İngiltərə millisinin formasını isə 6 dəfə geyinib. Futbolçu 2026-cı il dünya çempionatının heyətinə daxil edilməyib.
Qeyd edək ki, “Transfermarkt” portalı Luis-Skellinin bazar dəyərini 45 milyon avro qiymətləndirir. Müdafiəçi 2025-ci ildə “topçular”la 5 illik müqavilə imzalayıb.