12 avqust 2026. Çərşənbə

“Everton”un futbolçusu “Əl-Hilal”ın təklifini rədd edib


  • Transfer
  • 23:16 11.08.2026
  • Oxunma sayı: 27
“Everton”un futbolçusu “Əl-Hilal”ın təklifini rədd edib

“Everton”un futbolçusu İliman Ndiaye “Əl-Hilal”a mümkün transferdən imtina edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.  

Məlumata görə, Ndiaye İngiltərə Premyer Liqasında qalmaq qərarına gəlib. Futbolçunu hətta “Əl-Hilal”ın təklif etdiyi yüksək maliyyə şərtləri də fikrindən daşındıra bilməyib.

Daha əvvəl Səudiyyə Ərəbistanı klubu seneqallı futbolçunun transferi ilə bağlı danışıqlar aparıb.

Seneqallı vinger 2024-cü ilin yayından “Everton”da çıxış edir. O, Liverpul təmsilçisinin heyətində ümumilikdə 71 oyuna çıxıb, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ndiayenin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 55 milyon avro qiymətləndirir.







Transfer