12 avqust 2026. Çərşənbə

Memfis Depay “Korintians”dan ayrılır


  • Transfer
  • 23:47 11.08.2026
  • Oxunma sayı: 49
Memfis Depay “Korintians”dan ayrılır

Niderland millisinin futbolçusu Memfis Depay Braziliyanın “Korintians” klubunu tərk edəcək.

90deqiqe.Az-ın məlumatına görə, Braziliya klubunun prezidenti Osmar Stabile bununla bağlı rəsmi açıqlama verib. O bildirib ki, 32 yaşlı hücumçunun klubla müqaviləsi uzadılmayacaq.

Stabilenin sözlərinə görə, qərarın əsas səbəbi “Korintians”ın maliyyə vəziyyəti və klubun maliyyə balansını qorumaq zərurətidir.

“Memfis kimi xüsusi statusa malik futbolçu ilə bağlı danışıqların uzun çəkməsi təbiidir. Lakin hazırkı maliyyə şərtlərində onunla böyük məbləğli yeni müqavilə imzalamaq klubun maliyyə balansına zərər verə bilər”, – deyə prezident bildirib.

Stabile Depaya “Korintians”dakı çıxışlarına görə təşəkkür edib və onun komandaya verdiyi töhfələri yüksək qiymətləndirib.

Qeyd edək ki, Memfis Depay “Korintians”da təxminən iki il çıxış edib. Niderlandlı futbolçu bu müddət ərzində komandanın əsas oyunçularından biri olub.







Transfer